• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır

10.12.17 20:47 2269
Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoruMixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.
M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.
banner

Oxşar Xəbərlər