• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə danışıqlara başlayır

27.09.16 15:18 1200
Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə danışıqlara başlayır
SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri başlayıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycandan olan nümayəndə heyətinin bu yaxınlarda Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşü baş tutacaq. Görüşdə SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi müzakirə olunacaq.

Görüşdə baş naziri Yunanıstanın dövlət naziri Alekos Flaburaris müşayiət edəcək.

Görüş Azərbaycan tərəfinin istəyi ilə baş tutacaq.

Bundan öncə xəbər verdiyimiz kimi, Yunanıstan KİV-i yazıb ki, bu gün DESFA-nın taleyi həll olunacaq.

Bildirilir ki, R. Abdullayev həmçinin Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə də görüşəcək.

Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Yeri gəlmişkən, ötən həftə SOCAR prezidenti bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib".
banner

Oxşar Xəbərlər