• çərşənbə, 24 Aprel, 06:59
  • Baku Bakı 13°C

Rüşvət aldığı deyilən futbol funksioneri intihar etdi

16.11.17 12:50 1595
Rüşvət aldığı deyilən futbol funksioneri intihar etdi
Argentinanın sabiq futbol funksioneri Xorxe Delxon özünü öldürüb.
Kaspi.az xəbər verir ki, Xorxe ona qarşı rüşvət alma ittihamı səsləndikdən bir neçə saat sonra özünə qəsd edib. O, əvvəllər dövlət proqramı olan "Futbol para Todos” ("Futbol hamı üçün”) layihəsində işləyib.
Noyabrın 14-də Nyu-Yorkda keçirilən məhkəmədə Argentinanın idman marketniq kompaniyasının sabiq rəhbəri Alexandro Burtsaqo bildirib ki, Xorxe Delxona 1 milyon dollar rüşvət verib.
Bundan bir neçə saat sonra Xorxe Buenos-Ayresdə özünü qatarın altına ataraq intihar edib.
banner

Oxşar Xəbərlər