• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

Rüstəm Məmmədov: “Rusiya Paşinyan hökumətinin tərbiyəsiz hərəkətlərindən bezib”

05.10.19 17:00 1014
Rüstəm Məmmədov: “Rusiya Paşinyan hökumətinin tərbiyəsiz hərəkətlərindən bezib”
Politoloq Rüstəm MəmmədovunSİA-ya müsahibəsi
- Rüstəm müəllim, Soçi şəhərində keçirilən toplantıda Prezident İlham Əliyev "Qarabağ Azərbaycanındır nida işarəsi” fikri ilə bir daha Azərbaycanın haqq işini müdafiə etməklə Paşinyanın siyasətini darmadağın etdiyini demək olar?
- Soçi şəhərində keçirilən toplantıda Prezident İlham Əliyev "Qarabağ Azərbaycanındır” deməklə bu məsələyə birmənalı şəkildə nida işarəsi qoydu. Bu da o deməkdir ki, ya əl çəkirsiz, ya da müharibə qaçılmazdır. Müharibə baş verərsə, Azərbaycanın güclü və qüdrətli Azərbaycan ordusu Ermənistanı tamamilə dama-dağın edəcək. Birmənalı şəkildə Qarabağ Azərbaycanındır. Bunu dünya xalqları da bilir və beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurası da çıxartdığı 4 qətnaməsi ilə təsdiq edib.
- Sizcə, bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeləri hansı səpkidə olacaq?
- Mənim ATƏT-in Minsk Qrupuna və onun həmsədrlərinə etibarım yoxdur. Minsk Qrupu əslinə qalsa bu dəqiqə passiv gözləmə mövqeyini keçib. Üzərilərinə götürdükləri vasitəçilik missiyasını yerinə yetirmirlər. Daha çox Ermənistanın maraqlarından çıxış edirlər. Yəni çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo saxnalsın. Azərbaycan isə buna sumaq fikrində deyil. Bu baxımdan hər an cəbhədə, gərginlik yarana bilər.
- Yəni müharibə qaçılmazdır?
- Bəli.
- Müharibə baş verərsə, dünya birliyinin, beynəlxalq təşkilatların buna münasibəti necə olar?
- Nə qədər Ermənistanın ikili oyunlarına və təxribat xarakterli açıqlamalarına dözmək olar? Bunun sonu olmalıdır. Çoxsaylı görüşlər, danışıqlar aparılır, amma nəticə yoxdur. Bir dəfə, iki dəfə, üç dəfə, təbii ki, bundan sonra müharibə reallığı gəlir gündəmə.
- Burada Rusiya faktoru da var. Sizcə, müharibə baş verərsə, Rusiya seyirci qalacaq?
- Rusiyada artıq yorulub. Dəfələrlə Paşinyana xəbərdarlıq edib, səhv yoldan, kobud davranışlardan çəkinməyə çağırıb. Amma Paşinyan küçə adamı və səviyyəsizin biri olduğu üçün, çağırışlardan nəticə çıxarmayıb. Bu isə o deməkdir ki, rəsmi Moskva Ermənistanı himayə etməkdən imtina edir və geri çəkilir.
- Yəni, doğurdanmı, Rusiya tərəfi vassalını himayə etməyəcək?
- Bəli müharibə baş verərsə, Rusiya susacaq.
- Niyə bu qənaətdəsiniz?
- Ona görə ki, Rusiya Paşinyan hökumətinin tərbiyəsiz hərəkətlərindən bezib. Həmi də, rəsmi Moskva Paşinyana etibar etmir. Ona görə də Rusiya öz maraqlarını Cənubda qorumaqdan ötürü Azərbaycana dəstək verəcək.
banner

Oxşar Xəbərlər