• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

Ruslana: “Yanukoviç Ukraynanı biabır edib”

28.11.13 13:41 1253
Ruslana: “Yanukoviç Ukraynanı biabır edib”
“Eurovision-2004” müsabiqəsinin qalibi, Ukraynanın xalq artisti Ruslana Lıjiçko avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik Meydanında davam edən mitinqində çıxış edib.
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Ruslana bəyan edib ki, prezident Viktor Yanukoviçin ölkədə keçirilən mitinqlər haqda sözləri alçaldıcıdır və o, ölkəni Avropa Birliyinə aparmayacaqsa, vəzifədən getməlidir: “Mən prezidentin müsahibəsinə baxdım və özümü alçaldılmış hiss etdim. İnsanlar üçüncü gecədir burada donur. O isə guya bizə əl çalır. Bu, millətin alçaldılmasıdır. Onun Ukraynanın imicini ayaqlar altına atmağa haqqı yoxdur. Yanukoviç beynəlxalq səviyyəli böyük səhvə yol verib və Ukraynanı biabır edib. O, indi oturub düşünməlidir ki, bu səhvi necə düzəltsin”.
Ruslana bildirib ki, V. Yanukoviçin yeganə çıxış yolu özündə güc taparaq assosiasiya sazişini imzalamaqdır: “O, bunu etməsə ümumiyyətlə, bizə lazım deyil”.
banner

Oxşar Xəbərlər