• cümə, 29 Mart, 18:49
  • Baku Bakı 14°C

Rusiyanın Vaşinqtondakı səfiri: "ABŞ-la dialoq aktivləşib"

08.11.19 10:22 633
Rusiyanın Vaşinqtondakı səfiri: "ABŞ-la dialoq aktivləşib"
Rusiyanın Vaşinqtondakı səfiriAnatoli Antonovson zamanlar Rusiya və ABŞ arasında ikitərəfli dialoqda aktivləşmənin olduğunu qeyd edib.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Onun sözlərinə görə, bu yaxınlarda ABŞ və Rusiya arasında strateji sabitlik, antiterrorizm, həmçinin ikitərəfli məsələlərdə kəskin problemlər üzrə məsləhətləşmələr keçirilib.
"Koreya Xalq Demokratik Respublikası və Əfqanıstan üzrə fikir mübadiləsi müvəffəqiyyətlə inkişaf edir. Bizim hərbçilərimiz Suriyada əlaqələri davam etdirirlər. Ünsiyyətin effektiv və olduqca məhsuldar vasitəsi baş qərargah rəisləri səviyyəsində yaranıb", - deyə Antonov əlavə edib.
Bu halda o qeyd edib ki, Moskva və Vaşinqton "yığılmış ikitərəfli qıcıqlandırıcıların uçqunları"nı dağıtmağa başlamalıdırlar.
banner

Oxşar Xəbərlər