Rusiyanın turoperatorları Naftalana gələcək
Naftalanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmaq və şəhərə daha çox turist cəlb etmək məqsədilə oktyabrın 7-də Rusiyanın müxtəlif bölgələrindən olan turoperatorlar şəhərdə səfərdə olacaqlar.
Naftalan Şəhər İcra HakimiyyətindənAZƏRTAC-a bildirilib ki, Rayda Travel Agentliyinin və "Naftalan otel Qaşaltı”nın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Rusiyanın ayrı-ayrı bölgələrindən olan "Goodtime”, "Devisu”, "Matreshka”, "Planeta” və digər operatorlar iştirak edəcək.
Səfər zamanı qonaqlar "Naftalan otel Qaşaltı”da olacaq, bu müalicə-istirahət mərkəzində yaradılan şərait, təklif olunan xidmətlər, eləcə də unikal təbii tibbi xassəyə və müalicə xüsusiyyətlərinə malik balneoloji Naftalan nefti əsasında həyata keçirilən müalicə prosedurları haqqında yaxından məlumat öyrənəcəklər.