• cümə, 29 Mart, 12:02
  • Baku Bakı 14°C

Rusiyanın “dostları” və “düşmənləri”

23.09.20 17:15 980
Rusiyanın “dostları” və “düşmənləri”
Sosioloji sorğu əsasında analitik təhlil
Hər zaman dəyişən geosiyasi reallıqlar şəraitində ölkənin dostlarının, strateji müttəfiqlərinin, həmçinin düşmənlərinin müəyyənləşdirilməsi aktuallıq kəsb edir. Xarici siyasət oriyentirlərinin və geostrateji prioritetlərin müəyyənləşdirilməsi zamanı ictimai rəyin öyrənilməsi də mühüm rol oynayır. İctimai rəydə insanların həyat hadisələrinə, siyasi partiyaların, ayrı-ayrı qurumların fəaliyyətinə münasibəti öz əksini tapır. İctimai rəyi, bilavasitə formalaşdıran, mövcud qənaətləri dəyişdirən və bəzən də gücləndirən amil və ünsürlər təsir dinamikalarına görə çox əhəmiyyətlidir.Bu baxımdan, Rusiyada "dostları” və "düşmənləri” ictimai rəydə öyrənmək məqsədilə növbəti sorğu keçirilmişdir. Qeyd edək ki, bu tipli sorğular bütün dünyada geniş yayılıb, əsasən periodikliyi ilə seçilir vəəldə edilmiş datalar əsasında tədqiqatçılar üçün müqayisəli təhlil aparmaq daha da əlçatan olur.
Sorğunun metodologiyası

"Levada Mərkəzi” tərəfindən20 - 26 avqust 2020-ci il tarixlərində Rusiya Federasiyasının 50 subyektində, 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1601 nəfər arasında şəhər və kənd əhalisinin reprezentativ seçimi əsasında ümumrusiya sorğusu keçirilmişdir. Qeyd edək ki, sorğu respondentin evində fərdi intervü üsulü ilə aparılmışdır. Cavabların bölüşdürülməsi əvvəlki sorğuların məlumatları ilə birlikdə rəyi soruşulanların ümumi sayına nisbətən faizlə verilmişdir.
Sorğuda 1600 nəfərlik seçim zamanı statistik xəta (0.95 ehtimalı ilə) keçmir:

50% -ə yaxın göstəricilər üçün 3,4%
25% / 75%-ə yaxın göstəricilər üçün 2.9%
10% / 90%-ə yaxın göstəricilər üçün 2.0%
5% / 95%-ə yaxın göstəricilər üçün 1.5%
Sorğu zamanı respondentlərə aşağıdakı suallar ünvanlanmışdır:

Rusiyanın ən yaxın dostu, müttəfiqi adlandıra biləcəyiniz beş ölkəni seçin?(respondentlərə ölkələrin siyahısından ibarət cavab kartı təqdim olunub və onlar bir neçə ölkəni seçə bilərdi; cavablar 2020-ci ilin nəticələrinə əsasən azalan üzrə sıralanır; cədvəldə 2020-ci ilin avqust ayında ≥ 1.5% toplamış ölkələr göstərilir).Əldə edilmiş nəticələr əsasında tərtib edilmiş diaqrama nəzər salaq.


2020-ci ilin avqustunda keçirilən sorğuya görə ilk pillələr aşağıdakı şəkildə sıralanıb.
- Belarus 58%;
- Çin 40%;
- Qazaxıstan 35%;
- Ermənistan 17%;
- Azərbaycan 13%.
- Hindistan - 13%
- Suriya - 12%
- Venesuela - 11%

Rusiyanın sadiq dostları arasında Belarus və Qazaxıstan-ı hər zaman müşahidə edirik. Onlar hər zaman adıçəkilən tədqiqatla bağlı tərtib olunan siyahının üst mövqelərində yer tuturlar.Keçirilmiş bütün sorğuların nəticələrini təhlil edərkən bu sıraya 2015-ci ildənsonra Çin-in də qoşulduğunu qeyd edə bilərik. "Levada”nın sosioloqlarının hesabatına əsasən belə nəticəyə gəlmək olar ki,Rusiyada ictimai rəydə Ermənistana münasibət ötən ilə nisbətən 5% aşağı düşüb. Respondentlər rəyinə əsasən ölkəmizin də ötən ilə nisbətən 3% gerilədədiyi müşahidə olunsa da, Azərbaycan siyahıda 5-ci mövqedədir.

İlk növbədə, Rusiyanın dostları ilə bağlı ictimai rəyin formalaşmasında rəsmi medianın verdiyi məlumatlarıngüclü təsiri olduğunu qeyd etməliyik. Amma burada da təzadlı məqamlar var. Məsələn, Rusiya üçün ənənəvi olaraq dost ölkə kimi olaraq qəbul edilən Serbiyaya ictimai rəydə münasibət 3 ildir ki, çox aşağıdır (cəmi 6%). Mərkəzin keçirdiyi sorğuda Serbiya ilə bağlı ən yüksək göstərici 2015-ci ildə qeydə alınıb (8%).Suriya və Venesuela məsələsinə gəldikdə, bu ölkələrçox yaxın zaman kəsiyində gündəmdə idilər, buna görə də düşünürük ki, rusiyalı respondentlərin dost hesab etdikləri ölkələr siyahısında ilk sıralarında olmaları dövlət mediasında verilmiş müvafiq qiymətləndirmələrlə izah oluna bilər.

Maraqlıdır ki, rusiyalı respondentlər hər mənada tamamilə fərqli olan dövlətlərəeyni münasibət göstərir və onlar arasında bərabərlik işarəsi qoyur.Burada söhbət Yunanıstan və Monqolustan (3%) və ya Avstriya və Türkmənistandan (2%) gedir. Belə qənaətə gəlmək olar ki, təbliğat nəticəsində ictimai şüurda müxtəlif dövlətlərə simpatiya və antipatiyaeyni formada formalaşmır.

Xüsusilə vurğulamaq lazımdır ki, rusiyalı respondentlərin Belarusiyaya münasibəti müasir kütləvi şüurun ən maraqlı fenomenlərindən biridir.Qeyd edək ki, baş verən siyasi proseslər fonunda sorğuda Belarusa aid sual da respondentlərə təqdim olunub. Ümumiyyətlə, indi Belarusa necə yanaşırsınız?sualına2020-ci ilin avqustunda rəyi soruşulanların 34%-i çox yaxşı, 51-i əsasən yaxşı, 6%-i əsasən pis, 2%-i isə çox yaxşı cavab verib. Eyni zamanda 7% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bununla yanaşı, respondentlərin 41% -nin fikrincə, "Rusiya və Belarus iqtisadi əməkdaşlığı daha fəal şəkildə inkişaf etdirməlidirlər”. 32% respondent isə belə düşünür ki, Rusiya və Belarus münasibətləri indiki səviyyədə saxlamalıdır.

Keçirilmiş sorğuda digər sual aşağıdakı kimi olmuşdur: Rusiyaya qarşı qeyri-dost, düşmənçilik əhval-ruhiyyəsində olan hansı beş ölkəni seçin? (respondentlərə ölkələrin siyahısından ibarət cavab kartı təqdim olunub və onlar bir neçə ölkəni seçə bilərdi; cavablar 2020-ci ilin nəticələrinə əsasən azalan üzrə sıralanır; cədvəldə 2020-ci ilin avqust ayında ≥ 1.5% toplamış ölkələr göstərilir).


Mərkəzin builki sorğunun nəticələrinə əsasənrespondentlər Rusiyanın düşməni mövqeyində ilk pillələrdə aşağıdakı ölkələri görürlər.

- ABŞ 60%
- Ukrayna 35%
- Böyük Britaniya 29%
- Latviya 26%
- Litva 26%
- Polşa 26%
- Gürcüstan 16%
- Almaniya 15%
- Estoniya 11%

Maraqlı məqam ondan ibarətdir ki, sorğuda "dostlardan” ibarət siyahıda 37, "düşmənlərdən” ibarət siyahıda isə 33 dövlətin adınarast gəlmək olar. Bu amili sorğunun pozitiv amili kimi qəbul edə bilərik.

Digər tərəfdən, sözügedən tematika üzrə 2006-cı ildən bəri keçirilən bütün sorğulardan"dost olmayan” ölkələr siyahısına ABŞ başçılıq edir. Ötənilki sorğuya nisbətən rəqəmlərdə 7% eniş müşahidə olunur.Tədqiqata görə, respondentlərin yalnız 6%-i ABŞ-a "çox yaxşı”, 36%- i "əsasən yaxşı” ,26%-i əsasən pis, 20%-i "çox pis” münasibət göstərir.Eyni zamanda 12% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Baltikyanı ölkələr, xüsusilə Litva və Latviyanın uzun müddətdir ki, tədqiq olunan mövzu üzrə siyahıda ən yüksək mövqedə qərarlaşır.Rusiyalı respondentlərin bu ölkələri, eləcə də Ukraynanı, Böyük Britaniyanı və Polşanı dost hesab etməmələrinin səbəblərini butədqiqatda müzakirə etməyəcəyik.

Bizim üçün maraqlı olan budur ki,rəyi soruşulanların 2%-i Azərbaycanı da qeyri-dost ölkə hesab edir. Yeri gəlmişkən, Ermənistanı da respondentlərin 2%-i düşmən ölkə qismində görür.
İlyas Hüseynov
STM-in Daxili siyasətin təhlili departamentinin
baş məsləhətçisi

banner

Oxşar Xəbərlər