• cümə, 29 Mart, 03:34
  • Baku Bakı 7°C

Rusiyalı politoloq: "Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalıdır"

06.04.21 21:15 1070
Rusiyalı politoloq: "Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalıdır"
"Buna qanunsuz silah dövriyyəsi deyilir. Qanunsuz yollarla silah göndərmə cəhdlərinin hər biri cinayətdir və buna görə günahkarlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfi buna diqqət yetirməlidir”.
Bunu"Report”un Rusiya bürosuna politoloq və hərbi ekspertAleksandr PerenciyevRusiyadan Ermənistanaqanunsuz hərbi texnika tədarükü cəhdinəmünasibət bildirərkən deyib.
Ekspert bu kimi halları istənilən ölkənin milli təhlükəsizliyinə xələl gətirən kriminal iqtisadiyyat növü və cinayətkar fəaliyyət adlandırıb: "Bu cür silah ötürmə cəhdlərinin qarşısı alınmalı və bunlarla əlaqəli olanlar məsuliyyətə cəlb olunmalıdır”.
"Bu vəziyyətdə təkcə Rusiya Təhlükəsizlik Şurası tərəfindən yox, həm də Baş Prokurorluq tərəfindən hüquqi qiymət verilməsi tələb olunur. Əminəm ki, günahkarlar qanun qarşısında cavab verəcək”, - politoloq vurğulayıb.
banner

Oxşar Xəbərlər