• cümə axşamı, 25 aprel, 03:06
  • Baku Bakı 19°C

Rusiyalı deputat Bərdədə şəhid atası ilə görüşüb

18.02.21 14:15 368
Rusiyalı deputat Bərdədə şəhid atası ilə görüşüb
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı Bərdədə şəhid ailəsi ilə görüşüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rusiyalı deputat Bərdədə həyətinə bomba düşməsi nəticəsində 30 yaşlı oğlunu itirən Tahir Kazımovun yaşadığı evə baş çəkib.
T. Kazımov Rusiya Dövlət Dumasının deputatına bildirib ki, ötən il oktyabrın 28-də ermənilərin Bərdə şəhərini atəşə tutması nəticəsində oğlu, 1990-cı il təvəllüdlü Dəyanət Kazımov aldığı ağır qəlpə yarasından həyatını itirib.

Eyni zamanda, onun fərdi yaşayış evinə də maddi zərər dəyib.
banner

Oxşar Xəbərlər