AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır

Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır

Cəmiyyət
23 Sentyabr 2020, 22:00 214
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır.
Bunu Trend-ə rusiyalı tarixçi və analitik Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Ermənistan təcavüzkar dövlət olaraq beynəlxalq hüquq normalarına əməl etmir, ona görə bu ölkənin hansısa beynəlxalq öhdəliyi pozması barədə danışmaq mümkün deyil:
"Ermənistanın Dağlıq Qarabağdakı bütün addımları beynəlxalq hüquqdan, qanundan, mənəviyyatdan kənardır, ona görə Ermənistana münasibətdə hansısa beynəlxalq standartları və qaydaları tətbiq etməyi dayandırmağın vaxtı çatıb. Öz hərəkətləri ilə Ermənistan özünü qanundan kənarda qoyub”.
Ermənistanın münaqişə çərçivəsində hərbi əməliyyatlara KTMT-ni cəlb etmək cəhdlərini şərh edən O.Kuznetsov bildirib ki, hərbi-siyasi alyansın heç bir üzvü təcavüzkarı dəstəkləmək arzusunda deyil:
"Əgər kimsə bunu gizli şəkildə edirsə belə, bu, gec-tez üzə çıxacaq. Mən tam əminəm ki, KTMT-nin heç bir üzvü, hətta Rusiya da Ermənistanı Qarabağa görə Azərbaycanla açıq müharibədə dəstəkləməyəcək”.