• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Rusiyadan deportasiya olunarkən qaçan soydaşımız tutuldu

13.09.13 08:38 1275
Rusiyadan deportasiya olunarkən qaçan soydaşımız tutuldu
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, V.Azadov Azərbaycana deportasiya olunarkən qaçmağa cəhd edib.
Krasnoyarsk diyarında müvəqqəti yaşayan V.Azadov bir sıra inzibati xətalara yol verib. Bu ilin iyun ayında Krasnoyarsk məhkəməsi onu Rusiyadan deportasiya etməklə inzibati məsuliyyətə cəlb edib. Avqustda o, Bakıya göndərilmək üçün hava limanına gətirilib, lakin tanışlarının köməyi ilə qaçaraq gizlənib.
Dərhal axtarışlarına başlanan V.Azadov elə öz soydaşlarının verdiyi informasiya əsasında yenidən saxlanılıb və Azərbaycana deportasiya edilib.
banner

Oxşar Xəbərlər