• şənbə, 20 Aprel, 04:52
  • Baku Bakı 15°C

Rusiyada “uzaq perspektivdə” veyplər qadağan edilə bilər

08.10.19 11:30 420
Rusiyada “uzaq perspektivdə” veyplər qadağan edilə bilər
Veyplərin ölümə səbəb ola biləcəyini təsdiq edən sübutlar toplanarsa, iki-üç ildən sonra Rusiyada veypləri qadağan edə bilərlər.
AZƏRTAC"RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Kommunikasiyalar Departamentinin direktoru Aleksey Kiselyov-Romanovun sözlərinə görə, bundan ötrü ABŞ-da kütləvi ölüm hallarının səbəbi həqiqətən veyplər olduğunu sübut etmək lazım gələcək.
ABŞ hökuməti yanında Xəstəliklərə nəzarət və onların profilaktikası Mərkəzi sentyabr ayının sonunda təqdim etdiyi hesabatda göstərilir ki, veylin mindən çox insanın xəstələnməsinə səbəb olub. Vaşinqtondan bildiriblər ki, həmin xəstələrdən 15 nəfəri vəfat edib.
Rusiya Səhiyyə Nazirliyində hesab edirlər ki, veyllər adi siqaretlərlə bərabər tutulmalı və onların yayılmasını məhdudlaşdıran qanun qəbul edilməlidir. Həmin qanun veyplərin yayılmasını və ictimai yerlərdə onlardan istifadə edilməsini məhdudlaşdıracaq. Nazirlikdə tütünə qarşı konsepsiya layihəsi artıq hazırdır. Bu layihənin məqsədi 2035-ci ilə qədər tütün istehlakı səviyyəsini 21 faizə endirməkdən ibarətdir.
banner

Oxşar Xəbərlər