• cümə axşamı, 28 mart, 22:31
  • Baku Bakı 13°C

Rusiyada təbii fəlakət: 6100 yaşayış evi su altında qaldı

19.08.13 10:50 1307
Rusiyada təbii fəlakət: 6100 yaşayış evi su altında qaldı
APA-nın Rusiya bürosunun məlumatına görə, təbii fəlakətin baş verdiyi bölgələrdə - Amurətrafı, Xabarovsk vilayəti və Yəhudi Muxtar Vilayətində ümumilikdə 6,1 min yaşayış evi, 15 minə yaxın həyət evi və həyətyanı sahə, 62 avtomobil körpüsü su altında qalıb.
Amur çayında suyun səviyyəsi 19 santimetr yüksəlib. Meteoroloqlar yağıntının davam edəcəyini, çayda suyun səviyyəsinin qalxacağını söyləyiblər.
Təbii fəlakətin baş verdiyi zonalarda fövqəladə vəziyyət elan olunub. Evsiz-eşiksiz qalan sakinlər müvəqqəti olaraq məktəblərə və xəstəxanalara yerləşdiriliblər.
banner

Oxşar Xəbərlər