AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyada qətlləri sifariş verən qubernator saxlanılıb

Rusiyada qətlləri sifariş verən qubernator saxlanılıb

Kriminal
09 İyul 2020, 09:37 366
Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi bildirib.
Qeyd edilir ki, cinayət işi mütəşəkkil cinayətkar qrup təşkil etməklə bağlı qaldırılıb.
İstintaqın məlumatına görə, Furqal sui-qəsd hadisəsinin və bir sıra sahibkarların qətlinin təşkilatçısıdır.
O, saxlanılıb. Yaxın vaxtlarda qubernatora qarşı ittihamlar irəli sürüləcək, istintaq onun barəsində həbs qəti imkan tədbirinin seçilməsini xahiş etmək niyyətindədir.
İş üzrə Furqaldan başqa daha dörd nəfər saxlanılaraq həbs edilib. İstintaq həmin şəxsləri cinayətkar qrupun aktiv iştirakçısı hesab edir. Onlara qarşı ittihamlar irəli sürülüb.
Komitədə bildiriblər ki, söhbət Xabarovsk ərazisində və Amur əyalətində 2004-2005-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Müstəntiqlər saxlanılan şəxslərin mütəşəkkil cinayətkar qrupun iştirakçıları kimi cinayət əməlləri barədə sübutları toplamaqda davam edirlər. Onların Xabarovsk ərazisində və Primorsk əyalətində törədilmiş başqa ağır cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
İş üzrə operativ tədriblər Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.