AZE | RUS | ENG |


Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs saxlanılıb

Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs saxlanılıb
Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
 
APA-nın "znak.com”a istinadən verdiyi məlumata görə, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.
 
Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003