• cümə, 19 Aprel, 15:13
  • Baku Bakı 25°C

Rusiya XİN başçısı: "Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olarıq"

20.11.17 14:45 2068
Rusiya XİN başçısı: "Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olarıq"
"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik".
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziriSergey LavrovADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.
O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını bildirib.
"Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. BizəMDBüzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.
banner

Oxşar Xəbərlər