• cümə axşamı, 25 aprel, 06:13
  • Baku Bakı 14°C

Rusiya və Türkiyə Liviya və Yaxın Şərqi müzakirə edəcəklər

13.01.20 09:21 428
Rusiya və Türkiyə Liviya və Yaxın Şərqi müzakirə edəcəklər
Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu türkiyəli həmkarları Mövlud Çavuşoğlu və Hulusi Akar ilə Liviyada vəziyyətin nizamlanmasını müzakirə edəcəklər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bundan əlavə tərəflər İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.
Xatırladaq ki, daha əvvəl Türkiyə KİV-ləri XİN rəhbəri və müdafiə nazirinin yanvarın 13-ü Rusiyanın paytaxtı Moskvaya səfər edəcəkləri barədə məlumat yaymışdı. KİV-lərin məlumatına əsasən, Türkiyənin nümayəndə heyətinin tərkibində həmçinin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da olacaq.

Türkiyənin nümayəndə heyətinin Moskvaya səfərinin gözlənilməsi barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi təsdiq edib.
banner

Oxşar Xəbərlər