• şənbə, 20 Aprel, 05:12
  • Baku Bakı 15°C

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

20.01.17 09:45 638
Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Rusiya və Ermənistan XİN rəhbərləriSergey Lavrovvə Edvard Nalbandyan Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.
"Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.
Tərəflər həmçinin aktual regional və beynəlxalq problemləri müzakirə ediblər.
banner

Oxşar Xəbərlər