• çərşənbə, 24 Aprel, 08:28
  • Baku Bakı 13°C

Rusiya "Türk axını" qaz kəmərinin Aİ ölkələrinədək uzadılmasının şərtini açıqlayıb

31.10.17 17:03 637
Rusiya "Türk axını" qaz kəmərinin Aİ ölkələrinədək uzadılmasının şərtini açıqlayıb
"Rusiya "Türk axını" qaz kəmərinin digər Avropa ölkələrinədək uzadılmasına hazırdır. Ancaq bu, Brüsselin möhkəm hüquqi zəmanət verməsindən sonra baş verə bilər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziriSergey LavrovAvropa Biznes Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, cənubi və cənub-şərqi Avropa dövlətlərinin "mavi yanacağa” artan tələbatı "Türk axını" qaz kəmərinin Avropa ərazisinə ikinci xəttinin uzadılmasını təmin edə bilər: "Biz, Avropa İttifaqının bəzi ölkələrinin hökumətlərində buna marağını görürük. Siz də buna hazırsınız. Lakin "Cənub axını" ilə bağlı uğursuz təcrübəni nəzərə alsaq, o zaman ancaq Brüssel tərəfindən möhkəm hüquqi zəmanət aldıqdan sonra "Türk axını"nınAvropa İttifaqıərazisinə uzadılmasına hazır olacağıq".
banner

Oxşar Xəbərlər