• cümə axşamı, 28 mart, 22:10
  • Baku Bakı 13°C

Rusiya Suriyaya silah satışını dayandırdı

31.08.13 09:07 1405
Rusiya Suriyaya silah satışını dayandırdı
APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, bu il Suriya ordusuna təhvil verilməli olan MiQ-29M/M2 qırıcıları Dəməşqə 2016-2017-ci illərdə göndəriləcək. Bundan başqa Yak-130 təlim-döyüş təyyarələrinin və “S-300PMU2” hava hücumundan müdafiə komplekslərinin də Suriyaya nəzərdə tutulan müddətdə çatdırılmayacağı gözlənilir. Buna səbəb Suriyanın maliyyə çətinlikləridir. Dəməşq qırıcıların dəyərinin yalnız 30 faizini ödəyib, daha sonra ödəmələr tam dayanıb.
banner

Oxşar Xəbərlər