• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

Rusiya rəsmisi "Putin Planı" barədə: "Bu suallara birmənalı cavab vermişik"

23.11.17 19:37 3331
Rusiya rəsmisi "Putin Planı" barədə: "Bu suallara birmənalı cavab vermişik"
RusiyaXarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya ZaxarovaDağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dair "Putin Planı"nın mövcudluğu barədə xəbərləri şərh edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yanaşmada şəxsi yaradıcılığı bir kənara qoyaraq, ilkin mənbəyə istinad etməyi məsləhət görürlər.

"Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz həmişə qoyulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Lakin bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər