• çərşənbə axşamı, 16 aprel, 11:51
  • Baku Bakı 14°C

Rusiya Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir

04.10.17 18:37 2079
Rusiya Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir
"Moskva AzərbaycanınUNESCO-nun baş direktoru vəzifəsinə irəli sürdüyü Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Səsvermə bazar ertəsi keçiriləcək. Güman ki, bir neçə tur olacaq. Bizim prioritetimiz Azərbaycan olaraq qalır, sonra vəziyyətə baxacağıq”, - deyə o bildirib.

Qeyd edək ki,UNESCO-da baş direktor vəzifəsinə seçki oktyabrın 9-da keçiriləcək. İlk turda tələb olunan səs çoxluğu əldə edilməsə, səsvermə oktyabrın 10-da, 11-də və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu turda da tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd arasında yarış olacaaq və ən çox səs alan seçilmiş sayılacaq.

Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktorBaş Konfrans tərəfindən təsdiqlənəcək.UNESCOBaş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək. Baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər. Polad Bülbüloğlu ilə yanaşı, baş direktor vəzifəsinə daha 8 namizəd var: Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulay.
banner

Oxşar Xəbərlər