Rusiya Olimpiada-2020-yə buraxılmayacaq?
Rusiya idmanı
ciddi təhlükə ilə üz-üzədir.
Kaspi.az xəbər
verir ki, Rusiya 2020-ci ildə keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilər.
Buna səbəb isə Moskva Antidopinq Laboratoriyasının yol verdiyi
qanunsuzluqlardır.
Laboratoriya nəticələri
saxtalaşdırmaqda ittiham edilir. Beynəlxalq Antidopinq Agentliyində "VADA)
hesab edirlər ki, Moskva 18 ay müddətində nəticələrlə bağlı manipulyasiya edib.
Bununla da onlar
idmançıların sistemli şəkildə qadağan olunmuş maddələr qəbul etməsinə şərait
yaradıblar. VADA ekspertlərinin məsələ
ilə bağlı hesabatı sentyabrın 23-də açıqlanacaq.
"The Telegraph”
nəşrinin iddiasına görə, 2 ay ərzində Rusiya hakimiyyətinin məsələyə müdaxiləsi
ilə bağlı yeni faktlar açıqlanacaq. Əgər bu faktlar təsdiqini taparsa, onda
Rusiya idmançıları Tokioda keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilərlər.