• cümə, 29 Mart, 00:53
  • Baku Bakı 7°C

Rusiya neft hasilatını artırır

19.04.16 15:58 2418
Rusiya neft hasilatını artırır
Neft hasilatının dondurulması ilə bağlı Qətərin paytaxtı Dohada baş tutan görüşdə lazımi nəticə əldə edilmədikdən sonra Rusiya hasilatı artıra bilər. "APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.
"Belə bir ehtimal var. İllik hasilatın 540 mln. ton səviyyəsinə qədər artırılması tam realdır", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, 2015-ci ildə Rusiyada 534 mln. ton neft hasil olunub. Bu, 2014-cü illə müqayisədə 1,4% çoxdur.
banner

Oxşar Xəbərlər