• cümə, 19 Aprel, 05:08
  • Baku Bakı 18°C

Rusiya MOK prezidenti: “Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”

02.06.17 15:45 1352
Rusiya MOK prezidenti: “Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”
"Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”.
BunuAPA-nın Rusiya bürosuna açıqlamasında Rusiya Milli Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov bildirib.
"Mən İslam Həmrəylik Oyunlarından əvvəl Azərbaycanda olmuşdum. Ölkənizin yarışlara necə ciddi hazırlaşdığını görmüşdüm. Bakıda İlk Avropa Oyunları əsrarəngiz səviyyədə keçdi. Təşkilatçılıq, yarışlar, idman obyektləri, infrastruktur yüksək səviyyədə idi”, - deyə Rusiya MOK prezidenti söyləyib.
A. Jukov Azərbaycanın 2028-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinin mümkünlüyünü də şərh edib: "Yay Olimpiya Oyunlarını keçirməyə namizədlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. O ki qaldı Azərbaycanın namizədliyi məsələsinə, hesab edirəm ki, Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var. Lakin 2028-ci il üçün indidən nəsə demək hələ tezdir”.
banner

Oxşar Xəbərlər