Rusiya mediası ermənilərin daşnak-faşist sevgisini sərt tənqid etdi

Rusiya mediası ermənilərin daşnak-faşist sevgisini sərt tənqid etdi

Siyasət
09 Oktyabr 2019, 16:33 871
Bu gün tam əminliklə demək mümkündür ki, terrorizm və separatizmlə yanaşı, faşizm də Ermənistanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Hərbi xuntanın ideologiyası əzəldən qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasəti üzərində qurulub. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə çox danışılıb və yazılıb. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi bir neçə il bundan öncə beynəlxalq hüquq normaları və prinsiplərini kobud şəkildə pozaraq faşist və daşnak cəlladı Qaregin Njdeyə Yerevanın mərkəzində abidə ucaltdı. Üstündən xeyli keçsə də, faşist rejiminin xidmətçisi, Hitlerin dostu olmuş Q.Njdeyə abidə qoyulması ilə bağlı qalmaqal hələ də müzakirə mövzusu olaraq qalır. Bu abidə sözsüz ki, Ermənistan hakimiyyətinin əsil üzünü göstərmiş oldu. Bir neçə il bundan əvvəl minlərlə insanın qatilinin "şərəfinə” ucaldılan abidənin açılış mərasimində Ermənistanın o vaxtkı rəhbərliyinin qatılması hər şeyi bir daha ortaya çıxardı. Təbii ki, Ermənistan hakimiyyətinin bu addımı faşizmi və nasizmi qəbul etməyən beynəlxalq ictimaiyyət, həmçinin, Yerevanın özünə müttəfiq hesab etdiyi Rusiya tərəfindən ciddi tənqidlə qarşılandı. Düzdür, Kreml əvvəlcə bunu Ermənistanın daxili işi olduğunu bəyan etsə də, sonradan bu kimi halların yolverilməz olduğunu etiraf etməyə məcbur oldu. Bəyan edildi ki, Ermənistanın faşizmin, eləcə də Üçüncü Reyxin qulluqçusunu "şərəfləndirməsi”, qaniçən rejimin əlaltılarını qəhrəmanlaşdırması qəbuledilməzdir.
Rusiyanın "Nasionalnoe oborona” jurnalında Siyasi Tədqiqatlar İnstitutunun eksperti Pavel Severov yazır ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət, rasizmin iqri ayrı-seçkilik, ksenofobiya və dözümsüzlük kimi müasir formalarının güclənməsinə şərait yaradan neonasizm və digər praktikaların yayılmasıa qarşı” qərarında bildirilir ki, Ermənistanın keçmiş rəhbərliyi, xüsusən də hakim Respublika Partiyası dünyada birmənalı qəbul edilməyən Q.Njde kimi şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində cəhdlər göstərir. Halbuki, bu şəxsin faşistlərlə əməkdaşlıq etdiyi barədə təkzibolunmaz faktlar mövcuddur. Beləliklə, Rusiya xarici siyasət idarəsi öz hesabatında bu faktı xüsusi qeyd edərək nasizmin qəhrəmanlaşdırılması faktını qabardır. Bəyan edir ki, neonasizmin və buna bənzər halların yayılması beynəlxalq hüquq normalarına ziddir, insan haqları sahəsində norma və dəyərlərin pozulması deməkdir.
Rusiya XİN daha sonra son 20 ildə Ermənistanda nasizm və kolloborantlarla əməkdaşlıq siyasətinin dövlət siyasətinə çevrildiyi faktını xüsusi qeyd edir. Xüsusi vurğulanır ki, bu qərarı nazirlik bu qərarı Müdafiə Nazirliyinin hesabatından sonra qəbul edib. Məqalədə daha sonra erməni faşist cəlladı Q.Njdenin "döyüş” rolundan bəhs edilir. Bildirilir ki, Rusiya ictimaiyyəti müxtəlif ölkələrdə nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizədə aktiv mövqedən çıxış edir. 2017-ci ildə Change.org saytında nasist cinayətkarlarının qəhrəmanlaşdırılmasına yol verməmək üçün petisiya yerləşdirilmişdi. Həmin nasist cinayətkarların sırasında Stepan Bandera və Njde kimi cəlladların adları əks olunmuşdu. Petisiya təqribən 200 minə yaxın imza toplamışdı. Rusiya xüsusi xidmət orqanlarının Q.Njde ilə bağlı rəsmi mövqeyi isə "Əks-kəşfiyyatın müharibənin son dövrlərində fəaliyyəti” başlıqlı hesabatda da əks olunub. Bu hesabat "Məxfi müharibə: Kəşfiyyat və əks-kəşfiyyat Böyük Vətən Müharibəsi illərində” 12 cildlik əsərin 6-cı hissəsində əks olunub. Nəşr Rusiya Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən dərc olunub. Onun rəhbəri isə müdafiə naziri Sergey Şoyqudur.
Orada qeyd edilir ki, "Ermənilərin qəhrəmanlaşdırdıqları general Njde Vermaxtın cəza legionunun yaradıcısı olub. Bu faşist cəlladın bir sevimli sözü var idi - Hitlerdən öyrənmək”.
Əhəmiyyətli olan odur ki, müasir Rusiyada gözəl bilirlər ki, Njde nasistlərin gizli casusu olub. Bu şəxs kəşfiyyat xidmətinin öz tərəfinə cəlb edə bildiyi biri olub və tək kəşfiyyat casus xidməti deyil, həm də SSRİ ərazisində terror və dağıdıcı, təxribatlar və partlayışlar həyata keçirib. Njde nasist kolloborantı və cinayətkar olub və hərbi əks-kəşfiyyat da bunu sübuta yetirib. Rusiya Müdafiə Nazirliyi bu informasiyanı ictimailəşdirib. Rusiya Xarici İşlər Nazirliyi S.Bandera və Q.Njde kimi nasist əlaltılarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu tələb edir.
Beləliklə, təqdirəlayiq haldır ki, Rusiya mediası mütəmadi olaraq bu məsələni gündəmdə saxlayır. Sözsüz ki, bu kimi halların qarşısı alınmazsa və zəruri qərarlar qəbul edilməzsə, nəticələr çox ağır olacaq.
 
 
Azər