Rusiya mediası Çarukyanın müdafiəsinə qalxdı

"İzvestiya”: "Birgə
fəaliyyət barədə razılıq əldə edilə bilər”
İnqilab nəinki öz uşaqlarını, həmdə müttəfiqlərini həzm edir. Bu gün Ermənistanda baş verənlər bunu bir daha təsdiq edir. Bir vaxt Nikol Paşinyanı müdafiə edənlər, indi adi bir tənqidi fikir səsləndirən kimi hədəfə alınır, həbs edilir. Söhbət siyasətçi və oliqarx, "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyandan gedir. O, 2018-ci il "məxməri inqilab” nəticəsində hakimiyyət dəyişikliyini dəstəkləsə də, təqiblərdən qurtula bilmədi. Xüsusi xidmət orqanları onu oyun biznesində, seçiciləri ələ almaqda və qanunsuz şəkildə torpaq sahələri ələ keçirməkdə günahlandırır. Parlament Çarukyanın deputat toxunulmazlığını ləğv etsə də, Yerevan məhkəməsi iyunun 21-də onu həbs etməkdən imtina etdi. Maraqlıdır ki, Rusiya mediası açıq şəkildə Çarukyanın müdafiəsinə qalxıb. Mütəmadi olaraq bu mövzuda anti-Paşinyan səpgili məqalələr dərc edilir. Bu dəfə Rusiyanın "İzvestisiya” qəzeti ölkədə baş verənləri araşdırmağa çalışıb. Müəllif yazır ki, Ermənistanın ən varlı şəxslərindən hesab edilən Qaqik Çarukyanın varidatı 500 milyon dollardan çoxdur. Oliqarx, həm də, ölkənin ən iri müxalifət partiyası - "Çiçəklənən Ermənistan” partiyasının lideridir. Parlamentdə hakim "Mənim addmım” partiyasından sonra sayca ikinci deputat fraksiyasına malikdir. Nikol Paşinyanın "Mənim addımım” partiyası 88, Çarukyan 25 deputat mandatına malikdir. İyunun 14-də Milli Təhlükəsizlik Xidməti Çarukyana qarşı üç cinayət işinin qaldırılması barədə qərar qəbul edib. Müxalifətçini 2017-ci il parlament seçkiləri zamanı seçiciləri pulla ələ almaqda ittiham ediblər. İstintaqın versiyasına görə, Çarukyan etibarlı şəxsləri hesabına hər seçicinin səsini 1,4 min rubla alıb. Çarukyanın opponentləri sosial şəbəkədə yerləşdirdikləri sənədlərdə onun necə rüşvət payladığını nümayiş etdiriblər. Qarşı tərəf isə bu sənədlərdə nə imza, nə də möhür olduğunu bildirir. İkinci cinayət işi oyun biznesi ilə bağlıdır. İstintaq hesab edir ki, Çarukyanın şirkəti qanunvericiliyi pozub və dövlət büdcəsi də bundan 60 milyon dollar itirib. Üçüncü cinayət işi Kotayk vilayətində qanunsuz şəkildə torpaq sahələri ələ keçirməklə bağlıdır. Bundan isə 685 min dollar dövlətə ziyan vurulub. Cinayət araşdırması parlamentdə müzakirə olunanda, baş prokuror Artur Davtyan Çarukyanın həbsini tələb edib. Baş prokuror bildirib ki, ittiham olunan şəxs azadlıqda olarsa, istintaqa ziyan vura, sübutları saxtalaşdıra bilər. Oliqarx, əvəzində ona qarşı qaldırılan cinayət işini saxta adlandırıb. Ölkədə narazılıq durmadan artır, bəs hakimiyyət nə edir? Problemləri həll etmək əvəzinə, opponentlərini terrorla hədələyir. Nəticədə deputatlar müxalifətçinin toxunulmazlığını ləğv etdilər. Yerevan məhkəməsi onu həbs etməkdən imtina etdikdən sonra Çarukyanın vəkili Yerem Sarkisyan məhkəmənin qərarını alqışlayaraq onun siyasi proseslərdən uzaq olduğunu bildirib. Prokurorluq isə bu qərarı əsassız və qanunsuz adlandırıb, şikayət verəcəyini bildirib. Məqalədə qeyd edilir ki, Çarukyanın işi 2018-ci il inqilabından sonra ilk gurultulu iş deyil. Artıq iki ildir ki, güc strukturları keçmiş prezident Robert Koçaryanın fəaliyyətini araşdırır. Onu konstitusion quruluşu devirmək və 2008-ci il martında baş verən etirazları yatırmaqda günahlandırırlar. O zaman baş verən etirazlara səbəb seçkilərin saxtalaşdırılması idi, etirazlarda 10-dan artıq insan öldürülmüşdü. Maraqlı olan odur ki, Koçaryanı üç dəfə həbsə alıblar. Sonuncu dəfə isə 4 milyon dollar girov müqabilində azad ediblər. Pulu da Rusiyada yaşayan erməni mənşəli iş adamları verib. İstintaq altına, keçmiş prezident Serj Sarkisyan da düşüb. Onu da mənimsədə günahlandırıblar. Qanunsuz əməllərə isə 2013-cü ildə yol verdiyi bildirilir. Söhbət, kəndlilərə dizel yanacağı satılmasından gedir. Sarkisyan tabeliyində olanlara yüksək qiymətlərlə çatdırılma ilə məşğul olan şirkət tapmağı tapşırıb. Onlar da Sarkisyana bunun müqabilində 7 milyon dollar veriblər. Nəhayət, növbəti hədəf Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyan olub. Ona qarşı iki cinayət işi qaldırılıb. Biri vəzifəyə təyinat üzrə prosedurdur. İkincisi isə Tovmosyanı Yerevanın mərkəzində qanunsuz mülkiyyət almaqda günahlandırıblar. Lakin bunlar KM sədrinin vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutmur. Bu səbəbdən də aprelin 5-də referendum keçirilməsi nəzərdə tutulurdu, lakin koronaviris buna mane oldu.
"İzvestiya” yazır ki, Çarukyana qarşı iş keçmiş hakimiyyətin digər nümayəndələrinə qarşı qaldırılan cinayət işlərini xatırladır. "Çiçəklənən Ermənistan” 2004-cü ildən fəaliyyət göstərir. Əvvəlki hökumətlərin dövründə koalisiyalara qatılıb. 2018-ci il inqilabını müdafiə etsə də, son vaxtlar Paşinyanı müdafiə edib. Məhkəmə referendumuna qarşı çıxır, hakimiyyətin koronavirusla bağlı mübarizəsini uğursuz adlandırır. Paşinyanı istefaya çağıraraq, hökumətin tərkibini dəyişməyə çağırıb. Ekspertlər bildirirlər ki, indiki hakimiyyət qeyri-loyallığı qəbul etmir. "Çarukyan Paşinyanın tərəfdaşı idi. Lakin elə ki, tənqidlərə başladı, o zaman dərhal da təqiblər başladı”, - deyə qəzetə açıqlamasında Rusiya EA-nın Y.Plexanov adına İqtisadiyyat Universiteti nəzdində fəaliyyət göstərən Milli Postsovet Tədqiqatları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin bildirib. Erməni jurnalist Ayk Xalatyan hesab edir ki, Paşinyan qabaqlayıcı addımlar atmaq istəyib. Pandemiya dövründə hakimiyyətin reytinqi düşür, müxalifət də birləşməyə cəhd göstərir. Hədəf kimi də Çarukyanı seçiblər - belə ki, onun işində nəsə tapmaq mümkündür. Əlavə edib ki, indiki araşdırmanın necə nəticələnəcəyini söyləmək çətindir. Ola bilsin, məsələni dəqiq araşdıracaqlar. Hətta pərdəarxası razılaşmalar da ola bilər. Görək, Çarukyan yaxın vaxtlarda hansı addımları atacaq. Politoloq Artur Atayev bildirir ki, Ermənistanda yaxın vaxtlarda vəziyyət gərginləşə bilər. İndiyə qədər əvvəlki hakimiyyət və yeni müxalifət dil tapa bilmirdi. İndi isə birgə fəaliyyət barədə razılıq əldə edilə bilər. İstisna etmirəm ki, etiraz aksiyalarının dalğası baş verə, yeni inqilablar təşkil edilməsi cəhdləri ola bilər”.
Azər NURİYEV