• cümə axşamı, 28 mart, 17:45
  • Baku Bakı 16°C

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

06.10.17 12:20 885
Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
"Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir".
Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərininBakıya iki dəfə səfər edəcəyi gözlənilir.
"Əvvəlcə MDB Dövlət Duması KomitəsininMilli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclasını keçirəcəyik. Bundan bir həftə sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edəcək", - L.Kalaşnikov bildirib.
O, həmçinin hazırda hər iki səfərin dəqiq tarixlərinin razılaşdırılması üzrə işlərin getdiyini söyləyib.
banner

Oxşar Xəbərlər