• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb

18.12.17 16:13 2016
Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb
Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxmağa qərar verib.
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Rusiyanın bu mərkəzdən çıxması Ukrayna hökumətinin mövqeyi ilə əlaqədar qarşılaşdığı çətinliklərlə bağlıdır. Qeyd olunur ki, Ukrayna mərkəzin fəaliyyəti barədə istənilən sənədləşmə reqlamentindən imtina edib: "Ukrayna mərkəzdə fəaliyyət göstərən rusiyalı hərbçilər üçün gərgin mənəvi-psixoloji vəziyyət yaradıb, onların öz hərbi xidmətlərini həyata keçirməsinə maneə törədib. Əsasən rusiyalı zabitlərin təmas xəttinə daxil ola bilməsinə, Ukraynanın nəzarəti altında olan ərazilərdə yerləşdirilən birgə müşahidə postlarında xidmətin yerinə yetirilməsini yoxlamasına əngəl törədilib”.
Sənəddə deyilir ki, 2018-ci ilin yanvarından Ukraynaya gedən bütün Rusiya vətəndaşları özləri barədə ətraflı məlumat təqdim etməlidirlər, bu isə rusiyalı hərbçilər üçün qəbuledilməzdir: "Bu şərtlər altında Rusiyanın Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdə təmsil olunması qeyri-mümkündür. Dekabrın 19-da bu mərkəzdə olan rusiyalı hərbçilər Ukrayna ərazisini tərk edəcəklər”.
Qeyd edək ki, Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəz 2014-cü ilin sentyabrında Rusiya və Ukrayna prezidentlərinin razılaşması əsasında qurulub. Onun tərkibində Rusiya və Ukrayna hərbçiləri təmsil olunur.
banner

Oxşar Xəbərlər