• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

22.10.20 19:17 574
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

Moskva Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə əvvəlki kimi fəal vasitəçilik səyləri göstərir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsinin qarşısını almağa yönəlmiş səylər davam etdirilir:
"Dağlıq Qarabağ məsələsi oktyabrın 20-də və 21-də Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan həmkarları ilə ayrı-ayrı görüşlərdə müzakirə olunub. Biz əvvəlki kimi ATƏT Minsk qrupu həmsədrliyi formatında işimizi davam etdiririk. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda olması planlaşdırılır”.
banner

Oxşar Xəbərlər