• çərşənbə axşamı, 19 mart, 09:43
  • Baku Bakı 8°C

Rusiya BMT BA-nın COVID-19-a dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

09.07.20 17:46 753
Rusiya BMT BA-nın COVID-19-a dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib
"Rusiya səhiyyə sahəsində qlobal əməkdaşlığın siyasiləşdirilməsinin əleyhinə çıxmağa davam edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, ölkəsinin səhiyyə sahəsində qlobal əməkdaşlığın siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb: "Bir daha qeyd edirik ki, COVID-19 bütün beynəlxalq ictimaiyyət üçün çağırışdır. Pandemiya ilə intensiv mübarizə bütün dövlətlərin dəstəyi ilə mümkündür. Bildiyiniz kimi, bu, bizim prinsipial mövqeyimizdir”.
M. Zaxarova Rusiyanın BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəklədiyini qeyd edib: "Bu xüsusi sessiyanın çağırılması təşəbbüsü daha əvvəl bizim tərəfimizdən dəstəklənib. Koronavirus pandemiyasının yayılması və onun mənfi nəticələrinin qarşısını almaq üçün konstruktiv müzakirələrə ümid edirik.Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Bu kontekstdə maraqlı müzakirələr gözləyirik”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
banner

Oxşar Xəbərlər