• cümə, 19 Aprel, 18:10
  • Baku Bakı 24°C

Rusiya Baş Qərargahı: ABŞ-ın planlarını cavabsız qoymayacağıq

11.10.16 15:03 940
Rusiya Baş Qərargahı: ABŞ-ın planlarını cavabsız qoymayacağıq
Vaşinqtonun Avropada raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi haqqında qərarı ABŞ-ın Rusiya və Çin üzərində hərbi üstünlük qazanması istəyi ilə bağlıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin birinci müavini Viktor Poznixir bildirib.

Onun sözlərinə görə, Moskva amerikalıların planlarını cavabsız qoymayacaq. Poznixir qeyd edib ki, ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemi yerləşdirmək səyləri Vaşinqtonun dediyi kimi İran və Şimali Koreya təhlükəsi ilə bağlı deyil: "Bu plan hər şeydən öncə Rusiya və Çin üzərində hərbi üstünlük qazanmağa hesablanıb”.

Baş Qərargah nümayəndəsi bildirib ki, Şimali Koreya fiziki olaraq Qərb üçün real təhlükə deyil: "İranın nüvə proqramı ilə bağlı əldə olunan razılıqdan sonra Tehran tərəfindən təhlükədən danışmaq isə yersizdir. ABŞ Moskvanın nüvə qüvvəsi potensialını azaltmağa səy göstərir. Bundan başqa raket hücumundan müdafiə sistemi mümkün cavab addım üçün güclü zərbə komponenti yaratmağa imkan verir. Belə olan halda ilk növbədə Rusiya və Çin raketlərinə qarşı istiqamətlənən sistem yaradılır".

Poznixir onu da bildirib ki, ABŞ-ın Rumıniya və Polşada yerləşdirmək niyyətində olduğu Mk-41 raket hücumundan müdafiə sistemləri uzaq məsafəli "Tomahavk” raketlərini daşımağa qadirdir. Bu isə orta və qısa radiuslu raketlər haqqında müqavilənin pozulması deməkdir. Sözügedən müqavilə 500 kilometrdən artıq məsafəyə uçan qanadlı raketlərin yerüstü komplekslərinin yerləşdirilməsini qadağan edir. Lakin "Tomahavk" 2500 km məsafəyə uça bilir. ABŞ-ın qanadlı raketlərinin zərbələri altında praktiki olaraq Rusiyanın bütün Avropa hissəsi qala bilər".

Poznixir bəyan edib ki, Rusiya ABŞ-ın planlarını cavabsız qoymayacaq. Onun sözlərinə görə, ABŞ-ın strateji silahlanma balansına təsirinin qarşısını almaq üçün Moskva adekvat tədbirlər görəcək: "Çin də Vaşinqtonun mövqeyinə reaksiya vermək niyyətindədir. Pekin və Moskva artıq ilk addımı atıblar. Bu il bizim tərəfimizdən ilk dəfə birgə Rusiya-Çin kompüter raket-hücumundan komanda-qərargah müdafiə təlimləri keçirilib".
banner

Oxşar Xəbərlər