Rus sevgilisinə komplimenti: Sən mənim yağlı donuzumsan

Rus sevgilisinə komplimenti: Sən mənim yağlı donuzumsan

İdman
21 Oktyabr 2019, 14:03 168
"Spartak”ın sabiq futbolçusu, braziliyalı Ze Luiş rus həyat yoldaşı ilə sərt zarafat edib. 
 
Kaspi.az xəbər verir ki, hazırda "Portu”da çıxış edən Ze Luiş "instaqram”da həyat yoldaşının videosunu paylaşıb. O, Alesiyanı şokolad yediyi yerdə çəkib. Onların dialoqu belə alınıb: 
- Alesiya: Çox dadlıdır. 
- Ze Luiş: Dadlıdır? Bəs onda sən niyə ağlayırsan? 
- Alesiya: Ona görə ki, bu, dadlı və yağlıdır. 
- Ze Luiş: Ciddisən? Ağlayırsan və sadəcə yeyirsən? Sən mənim yağlı donuzumsan.