• çərşənbə, 24 Aprel, 00:26
  • Baku Bakı 14°C

Rus mədəniyyəti mərkəzində kompüter sinfi açılıb

28.07.17 15:25 1785
Rus mədəniyyəti mərkəzində kompüter sinfi açılıb
Bank VTB (Azərbaycan) təhsil, mədəniyyət, idman və səhiyyə sahəsində olan layihələrə dəstək çərçivəsində Rus icması yanında Rus mədəniyyət mərkəzində kompüter sinfi açıb.
Bankdan Kaspi.az-a verilən məlumatda bildirilir ki, yeni sinfin hesabına Rus mədəniyyət mərkəzində indi informasiya texnologiyalarının tədrisi üçün kurslar mövcuddur ki, bu da uşaqlara kompüter biliklərini artırmağa imkan verəcək.
Kompüterlər həmçinin metodik vəsait kimi, rus dili və ədəbiyyatı kurslarında da istifadə olunur. Bundan başqa, uşaqlar internet şəbəkəsi vasitəsi ilə geniş məlumat bazasına da çıxış əldə ediblər.
Bank daima sosial-korporativ siyasəti çərçivəsində layihələr reallaşdırır, müxtəlif mədəniyyət və idman tədbirlərinə sponsor dəstəyi göstərir.
banner

Oxşar Xəbərlər