AZE | RUS | ENG |


Rus Dram Teatrında “Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq

Rus Dram Teatrında “Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq
Oktyabrın 20-21-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında N.Nekrasovun eyniadlı əsəri əsasında hazırlanan "Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, yeni tamaşa Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Rusiya Dövlət Teatr Agentliyinin və Azərbaycan Dövlət Rus Dram Teatrının beynəlxalq layihəsidir. Səhnə əsərinin quruluşçu rejissoru Vladimir Danay (Moskva), quruluşçu rəssamı Olqa Kuznetsova (Moskva), bəstəkarı Eldar Babayevdir.

Yeni tamaşa teatrın səhnəsində növbəti yaradıcılıq eksperimentidir. Quruluşçu rejissorun müəyyən etdiyi kimi, "17 pərdəli qarət” janrında olan tamaşanın müəllifləri həm N.Nekrasovun sözləri, həm bir-birini əvəz edən pərdələr, həm də bədii yaradıcılıq məkanı, işıq, səs və personajlarla eksperiment edirlər.

Tamaşada teatrın aktyorları Yuri Omelçenko, Fəridə Nesterenko, Murad İsmayılov, Maqsud Məmmədov, Aleksey Saprıkin, Fərhad Bəhramov, Lyudmila Saprıkina, Natiq Hüseynov və İlkin Mehdiyev iştirak edəcəklər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000