• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gələcək

31.05.17 09:50 1319
Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gələcək
Rumıniyanın "Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, nümayəndə heyəti Bakıda keçiriləcək "Xəzər neft və qaz" illik beynəlxalq sərgidə iştirak edəcək.
"Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterianın Azərbaycana səfəri çərçivəsində hökumət rəsmiləri ilə də görüşəcək.
Qeyd edək ki, 24-cü "Xəzər neft və qaz" beynəlxalq sərgisi və konfransı - "Caspian Oil&Gas-2017" mayın 31-dən iyunun 3-dək davam edəcək.
Xatırladaq ki, ötən ilin iyulunda Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanıSOCARvə "Transgaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
banner

Oxşar Xəbərlər