• cümə, 19 Aprel, 08:28
  • Baku Bakı 13°C

Rumıniya Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesini diqqətlə izləyir

05.04.21 18:45 1305
Rumıniya Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesini diqqətlə izləyir
Rumıniya Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpa prosesini diqqətlə izləyir.
Bunu Trend-ə Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, Azərbaycan artıq regionda bir sıra strateji layihənin reallaşdırılmasına başlayıb:
"Yaxın zamanlarda digər analoji layihələr işə salınacaq. Əlbəttə ki, hazırda əsas məsələ ərazilərin minalardan təmizlənməsi, insanların, görülən işlərin və gələcək turizm fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasıdır".
Nazirlikdən əlavə ediblər ki, Azərbaycan hökumətinin işğal altında olmuş ərazilərə dəymiş ziyanın qiymətləndirilməsini apardığı barədə məlumatlıdırlar.
banner

Oxşar Xəbərlər