AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya və Qətər rüşvət verib?

Rusiya və Qətər rüşvət verib?

İdman
07 Aprel 2020, 15:45 220
ABŞ məhkəməsi FİFA-ya qarşı yeni iddialar irəli sürüb. 
 
Kaspi.az xəbər verir ki, iddialar Nyu-York şəhərinin şərqi rayon məhkəməsi tərəfindən irəli sürülüb. Bu barədə məlumatı ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytı yayıb. 
 
İddia olunur ki, Rusiya və Qətər DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi etmək üçün FİFA məmurlarını rüşvətlə ələ alıblar.  Qeyd olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner Rusiyadan 5 milyon dollar rüşvət alıb. 
 
Qurumun icariyyə komitəsində təmsil olunan Rafael Salqero isə Rusiyanın lehinə səs verdiyi üçün 1 milyon dollar alıb. 
 
Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra isə Qətərin lehinə işlədiyi üçün rüşvət alıb. FİFA-nın sabiq vitse-prezidenti Nikolas Leoza qarşı da eyni ittiham irəli sürülüb.