• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

Rüfət Aslanlı: "Beynəlxalq Bank sektor üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir"

24.11.16 13:10 1329
Rüfət Aslanlı: "Beynəlxalq Bank sektor üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir"
"Sağlam, dayanıqlıvə effektiv maliyyə-bank sektorunun yaradılması üçün strategiyamız davam edir”. "APA-Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədriRüfət Aslanlıbank forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilk növbədə bank sektorunun dayanıqlılığının təmin edilməsi üçün restrukturizasiya proseslərinin qısa müddətdə tamamlanması və sektorun kapitallaşdırılması prosesinə nöqtə qoyulması hədəflənib.
"Bu prosesləri ilin sonu, növbəti ilin ilk ayları ərzində tamamlamağı planlaşdırırıq. Hal-hazırda sağlamlaşdırma prosesində olan sistem əhəmiyyətli yeganə bank olan "Azərbaycan Beynəlxalq Bankı"nın 2017-ci ildən özəlləşdirilməyə hazırlanması prosesinin başa çatdırılmasına hədəflənmişik. Dövlət bankı olduğundanMaliyyə Nazirliyiilə intensiv danışıqlar aparırıq. Hədəfimiz bankın idarəolunan ölçüyə gətirilərək 2017-ci ilin əvvəllərində özəlləşdirilməyə açıq elan edilməsidir. Biz özəl və ya dövlət, yerli və ya xarici investor olmağından asılı olmayaraq sektorun 40%-nə malik olan bankın bazarda qalmasını dayanıqlılığa çox ciddi təhdid hesab edirik. Bu bankı kimin özəlləşdirməsindən asılı olmayaraq bu bank sektoru üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir. Bu barədə bizim həm hökumətlə, həm də bank menecmenti ilə konsensusumuz var və bu istiqamətdə müvafiq işlər aparılır", - deyə R. Aslanlı bildirib.
banner

Oxşar Xəbərlər