• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Ronaldonu pərəstişkarı “satıb”

07.09.17 13:50 1079
Ronaldonu pərəstişkarı “satıb”
Vergidən yayınmaqda ittiham olunan "Real”ın futbolçusu Kriştiano Ronaldonun məhkəməsində maraqlı fakt açıqlanıb.

Kaspi.az xəbər verir ki, Kriştiano Ronaldo barədə vergi məlumatlarını ötürən müfəttiş "Real” və şəxsən futbolçunun özünün pərəstişkarıdır. Bu faktı məhkəmədə dövlətin maraqlarını qoruyan vəkil açıqlayıb.

Portuqaliyalı futbolçu məhkəmə zamanı "adım Kriştiano Ronaldo olduğu üçün belə təzyiqə məruz qalıram” iradını bildirib. Buna cavab olaraq vəkil məlum faktı açıqlayıb:

"Cənab Ronaldo, sizin maliyyə əməliyyatlarınız barədə məlumatı "Real”ın və şəxsən sizin pərəstişkarınız olan müfəttiş verib”.

Ronaldo 2011-2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur.
banner

Oxşar Xəbərlər