• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Ronaldonu niyə qovmurlar? - Aspası meydandan qovurlarsa

18.05.17 17:38 964
Ronaldonu niyə qovmurlar? - Aspası meydandan qovurlarsa
"Selta”nın baş məşqçisi Ernesto Maruççi "Real”la oyunda (1:4) hakimin idarəçiliyinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın baş hakimi "Selta”nın hücumçusu Yaqo Aspası simulyasiyaya görə meydandan qovub. Ancaq bir çoxları həmin epizodda Serxio Ramosun hücumçuya qarşı kobudluq etdiyi qənaətindədir. Bu epizoda görə, 4-cü hakimlə mübahisə edən Maruççi özü də meydandan qovulub. O, məsələyə belə münasibət bildirib:
"Əgər Aspası meydandan qovurlarsa, onda eyni hərəkətə görə Ronaldonu niyə qovmurlar? Mən yalnız bu məsələ ilə bağlı hakimə narazılığımı bildirdim. Ola bilsin ki, bunu bir qədər emosional tərzdə bildirmişəm. Yenə də sual verirəm, niyə bir futbolçuya simulyasiyaya görə sarı vərəqə göstərirlər, amma üstündən 2 dəqiqə keçməmiş eyni hərəkətə yol verən başqa bir futbolçu cəzalanmır?”
banner

Oxşar Xəbərlər