• şənbə, 20 Aprel, 15:39
  • Baku Bakı 23°C

Ronaldodan müəmmalı mesaj

02.08.17 12:05 1104
Ronaldodan müəmmalı mesaj
"Real”ın futbolçusu Kriştiano Ronaldo müəmmalı status yazıb.
Kaspi.az xəbər verir ki, Ronaldo "instaqram” səhifəsində yazdığı mesajda üstüörtülü də olsa, vergi orqanları ilə yaşadığı problemi nəzərə alıb. O, özünə qarşı təzyiqi həşəratların işığa olan hücumu ilə müqayisə edib:
"İnsanları mənim saçdığım nur narahat edir. Həşəratlar o lampalara hücum edirlər ki, onlar işıq saçırlar”.
Ronaldo bu statusu məhkəmə dinləməsindən sonra yazıb. Prokuror onu gəlirlərini vergidən yayındırmaqda ittiham edib. Ronaldo isə verdiyi ifadədə günahsız olduğunu bildirib.
banner

Oxşar Xəbərlər