• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

Ronaldo oynamayacaq - Uşaqlarını görməyə getdi

29.06.17 13:05 1212
Ronaldo oynamayacaq - Uşaqlarını görməyə getdi
Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo Konfederasiyalar Kubokunda 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Kaspi.az xəbər verir ki, Ronaldo yeni doğulmuş uşaqlarını görməyə gedəcək. Bu barədə Kriştiano özü "facebook”da məlumat verib:
"Övladlarımın dünyaya gəlməsinə baxmayaraq, mən bütünlüklə yığmanın uğuruna konsentrasiya olmuşdum. Çox təəssüf ki, biz hədəfə çatmadıq. Ancaq əminəm ki, bundan sonra da yığmanın azarkeşlərini sevindirməyə davam edəcəyik. Çox şadam ki, indi gedib uşaqlarımı görə biləcəyəm”.
Ronaldonun surroqat anadan iki əkiz övladı dünyaya gəlib. Yeva və Matteo ABŞ-ın qərbində doğulublar. 32 yaşlı futbolçunun 6 yaşlı bir oğlu da var. Onu da surroqat ana dünyaya gətirib.
Portuqaliya Konfederasiyalar Kubokunun yarımfinalında Çiliyə penalti seriyasında məğlub olub.
banner

Oxşar Xəbərlər