• cümə, 26 Aprel, 01:39
  • Baku Bakı 16°C

Ronaldo məşhur jesti necə fikirləşib?

20.12.19 13:22 567
Ronaldo məşhur jesti necə fikirləşib?
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo qol vurarkən sevincini nümayiş etdirdiyi məşhur jest barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ronaldo qol vurduqdan sonra künc bayrağına yaxınlaşır, tullanaraq 180 dərəcə fırlanır və "Si” (ispancadan tərcüməsi – bəli) deyir. Futbolçu bildirib ki, bu jest haqda xüsusi fikirləşməyib, öz-özünə yaranıb:
"Real”da oynayarkən "Si” qısqırmağa başlamışam. Qələbə qazandığımız zaman hamı "Si” qışqırırdı. Mən də belə etməyə başladım, amma niyə etdiyimi heç özüm də bilmirəm.
Yadımdadır, Los-Ancelesdə təlim-məşq toplanışında olanda "Çelsi” ilə qarşılaşırdıq. Qol vurdum və sevincimi belə ifadə etdim. Həmişə demişəm ki, ən yaxşı şeylər öz-özünə yaranır”.
banner

Oxşar Xəbərlər