“Ronaldo, gəl, ikimiz də o komandaya keçək”
"Real”ın futbolçusu Pepe PSJ ilə danışıqlar aparır.
Müdafiəçinin bu kluba keçmə ehtimalı böyükdür. Kaspi.az xəbər verir
ki, hazırda Rusiyada keçirilən Konfederasiyalar Kubokunda çıxış edən Pepe
yığmadakı və klubdakı komanda yoldaşı Ronaldoya çağırış edib. Məlumata görə,
Pepe "Ronaldo, gəl, ikimiz də PSJ-yə keçək” təklifini irəli sürüb.
Pepenin "Real”la müqaviləsi başa çatır. "Kral klubu” ona bir illik
müqavilə təklif etsə də, futbolçu iki illik müqavilə tələb edərək, bu təkliflə
razılaşmayıb.