• çərşənbə, 24 Aprel, 04:42
  • Baku Bakı 14°C

Ronaldo Dibalanı hakimə niyə “satıb”?

24.10.19 14:15 504
Ronaldo Dibalanı hakimə niyə “satıb”?
Kriştiano Ronaldo Çempionlar Liqasında "Lokomotiv”lə keçirilən qarşılaşmada qəribə davranışı ilə gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, "Yuve”nin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki qolu Dibala vurub. Argentinalı futbolçu 2-ci qolu vurduqdan sonra Ronaldonun narazı olması aşkar sezilib.
O, komanda yolaşlarını hakimə "satmaq” istəyib. Əli ilə yan xətt hakiminə işarə edib ki, Dibala oyundankənar vəziyyətdə olub. Ancaq hakim onun göstərişinə fikir verməyib.
İtaliya mətbuatı iddia edir ki, Ronaldo qələbə qolunu özü vurmaq istəyirmiş. Ona görə də, Dibalanın fərqlənməsi onu narazı salıb.
banner

Oxşar Xəbərlər