• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

24.05.20 12:15 1220
Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək
İtaliyada intibah dövrünün simvolu Rafaelin ölümünün 500 illiyi münasibətilə təşkil edilməli olan, koronavirus pandemiyası səbəbindən açıldıqdan bir neçə gün sonra bağlanan sərgi əvvəlcə bağlanacağı planlaşdırıldığı tarixdə açılacaq.
Trend-in məlumatına görə, əvvəl sərginin 5 Mart - 2 İyun tarixlərində keçirilməsi planlaşdırılıb. Lakin martın 10-da İtaliyada qüvvəyə minən karantin tədbirləri səbəbindən sərgi başlanmasından bir neçə gün sonra bağlanıb.
"Sərgi üçün kolleksiyalar dünyanın 55 qurumundan toplanıb. Bu vacib sərgini keçirmək üçün ikinci şansımız var", - tədbirin kuratoru Matteo Lafrankoni deyib.
Rəssamın 1483-cü ildən 1520-ci ilə qədər yaratdığı sənət əsərlərinin nümayişi iyun ayının 2-də başlayacaq. Təşkilatçılar bəzi məhdudiyyətlərin hələ qaldırılmadığına görə sərgiyə daha çox insanın girilməsinə icazə vermək üçün nümayiş saatlarını uzadacaqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər