• şənbə, 20 Aprel, 16:12
  • Baku Bakı 23°C

Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır

30.04.17 15:25 816
Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır
Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb.
AZƏRTAC"Euronews”a istinadla xəbər verir ki, Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb.
"Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır”, - deyə Roma Papası bildirib.
banner

Oxşar Xəbərlər