AZE | RUS | ENG |


Robert Sekuta: "ABŞ-Azərbaycan əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir"

Robert Sekuta:
"ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir, Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır". 
 
APA-nın məlumatına görə, bunu ABŞ-Azərbaaycan əməkdaşlığının perspektivlərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir: "Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq".
 
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasına da münasibət bildirən R. Sekuta qeyd edib ki, onun saxlanılması ilə bağlı narahatlıqlarını ifadə ediblər: "Biz Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk. İnanırıq ki, bu pozitiv addım Azərbaycanda demokratiya və insan haqlarına pozitiv yanaşmanın bir başlanğıcı olacaq”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008